Avropa Birliyindən Putinə xəbərdarlıq

avropa-birliyinden-putine-xeberdarliq
Oxunma sayı: 634

Bu haqda Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik üzrə təmsilçisi Ketrin Eşton bəyanat yayıb. Onun sözlərinə görə, Rusiya höküməti vətəndaşlarının sərbəst toplaşmaq hüququna hörmətlə yanaşmalıdır. O, hakimiyyətin “mitinqin qarşısını almaq məqsədilə müxalifət liderlərini qorxutmaq” cəhdini tənqid edib. Eşton: “Sərbəst toplaşmaq hüququ insanların təbii haqqıdır. Bu hüququn məhdudlaşdırılması düzgün olmayan hərəkətlərdən xəbər verir”.

AB nümayəndəsi höküməti vətəndaş cəmiyyəti ilə konstruktiv dialoq qurmağa çağırır. Həmçinin Avroparlamentin ən böyük fraksiyalarından olan liberallar və demokratlar qrupu Putinin müxalifətin aksiyalarına konkret islahatlarla cavab verməyə çağırıblar.

Qrupun lideri, Belçikanın keçmiş baş naziri Qi Verxovstad dünən Rusiyada keçirilən kütləvi aksiyaları “Rusiya siyasi baharının ilk pöhrələri” adlandırıb. Fraksiyanın yaydığı bəyanatda deyilir: “Rusiya hakimiyyəti tələblərə qulaq asmalı və bu siqnalı ciddiyə almalıdır. Hansılara ki, həqiqi siyasi islahatlar, azad və ədalətli seçkilər, məhkəmə sisteminin islahatları daxildir.Vətəndaş cəmiyyətinin və siyasi müxalifətin liderlərinin təqib olunmasını dərhal dayandırmaq lazımdır”.

azadliq.info