AXCP rəsmisi ATƏT-də oldu

axcp-resmisi-atet-de-oldu
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatını görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət barədə geniş müzakirə aparılıb. AXCP rəsmisi 8 aprel mitinqinə toxunaraq qeyd edib ki, İP-nın 20-ci Sahəyə getməsi sərbəst toplaşmaq haqqında Azərbaycan vətəndaşlarının hüququnun təsbit olunması anlamına gəlməməlidir. ATƏT nümayəndəsi sərbəst toplaşma azadlığı haqqında beynəlxalq qanunlar və nümunələrin olduğunu vurğulayıb və hakimiyyətlə bu yöndə danışıqlar getdiyini deyib. R.Nurullayev bir daha vurğulayıb ki, sərbəst toplaşma azadlığı bütün dünyada müxalifətin yerli icra orqanlarına xəbərdarlıq göndərməsi ilə təsbit edilir və icazə almağa heç bir ehtiyac yoxdur.

AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidovun həbsi də tərəflər arasında müzakirə edilib. Qeyd edilib ki, Elnur Seyidovun həbsində qaranlıq məqamlar var və üstəlik onun ciddi xəstə olması faktı da ortadadır. Lakin, buna baxmayaraq, hakimiyyət onun zaminə buraxılmasına belə əngəllər törədir.
Görüşdə vicdan məhbusları ilə bağlı da məsələ geniş müzakirə edilib. Daha sonra, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.