Ayrılıqları 2 il çəkdi - Yenə sevgilidirlər

ayriliqlari-2-il-cekdi
Oxunma sayı: 641

28 yaşlı Emma Stounla 33 yaşlı Endryu Qarfild yenidən bir araya gəlib.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, bir müddət əvvəl ayrıldıqlarını və dost qaldıqlarını deyən aktyorlar bu aralar tez-tez görüşürlər.

Onların romantik görüşləri ingilis mediasının diqqətindən qaçmayıb. "Endryunun Emmaya olan sevgi hisləri heç vaxt bitməyib. İndi isə daha da güclənib. Onlar bir məkanın gizli qapısından əl-ələ çıxarkən görüntülənib" deyə, mənbə "The sun" dərgisinə açıqlamasında deyib.

İndi sevgililər əvvəlkindən daha çox görüşməyə çalışırlar. Hər ikisinin çəkilişi başqa şəhərlərdə gerçəkləşdiyi üçün bu onlara çətin başa gəlir.

Qeyd edək ki, Emma və Endryu arasındakı eşq 2010-cu ildə "Yeni adam - hörümçək" filminin çəkilişlərində başlamışdı. 2015-ci ildə onlar ayrıldıqlarını bəyan etmişdi.