Azərbaycan Fransa və İsveçrə ilə eyni qrupda

azerbaycan-fransa-ve-isvecre-ile-eyni-qrupda
Oxunma sayı: 1181

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2021-in seçmə mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayıb.
 
Püşkatmaya E səbətindən qoşulan millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteynlə birlikdə 2-ci qrupa düşüb. 
 
Final mərhələsi Macarıstan və Sloveniyada keçiriləcək seçmə mərhələdə 53 komanda iştirak edib. Adıçəkilən ölkələr meydan sahibləri olduqları üçün birbaşa final mərhələsindən mübarizəyə qoşulacaqlar. Yerdə qalan komandalar isə 9 qrupa bölünüblər. İlk 8 qrupda 6, sonuncu qrupda isə 5 yığma mübarizə aparacaq.