Azərbaycan gimnastları beynəlxalq turnirin qalibi olub

azerbaycan-gimnastlari-beynelxalq-turnirin-qalibi-olub
Oxunma sayı: 644

Buna səbəb ölkələrin mükafatlandırılması zamanı gimnastlarımız Lalə Yusifova və Marina Durundanın fəxri kürsünün ən yüksək pilləsinə qalxmalarıdır. Onlar ev sahibləri və həmişə güclü rəqib olan Belarus komandasını (London Olimpiadasının iştirakçısı və dünya çempionatının bürünc mükafatçısı Melitina Stanyut) geridə qoyaraq birinci yeri tutublar.
Milli komandanın baş məşqçisi Marina Vasilyeva yetirmələrinin çıxışından çox razı qalıb: "Lalə və Marina əla çıxış ediblər! Gimnastlarımız kompozisiyaları ilə turnir boyunca onları dəstəkləyən azarkeşlərə müsbət enerji veriblər". /trend.az/