Azərbaycan muğamı erməni mahnı ilə eyni albomda

azerbaycan-mugami-ermeni-mahni-ile-eyni-albomda
Oxunma sayı: 667

Xanəndə “Qafqazinfo”ya bildirib ki, qatıldığı dünya miqyaslı “Womex” festivalının təşkilatçısından şad xəbər alıb. Onun ifası müsabiqədə dəyərləndirilən musiqiçilərin bir qismindən ibarət işıq üzü görmüş albomda yer alıb.

Xalq mahnılarımızın və muğamlarımızın mahir ifaçısı albomla bağlı bu sözləri dedi: “Sözügedən festivalın münsifləri yüzlərlə iştirakçını ələyərək, bir neçəsinin adı üzərində dayandı. Dəyərləndirilənlər sırasında növbəti dəfə mən də varam. Diskə mənim ifamda “Bayatı-şiraz” muğamı və təsniflər daxil edilib. Festival rəsmiləri bu dəfə yeniliyi Polşadan ediblər. Bir neçə ölkə musiqiçinin albomda yer alan səsi bütün Avropaya eşidilib."

Qeyd edək ki, “Taste of East” adlanan topluya Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna, Ermənistandan olan iştirakçıların ifaları daxil edilib.