“Azərbaycan Respublikası – 20 ildə sürətli inkişafın nümunəsi”

azerbaycan-respublikasi-20-ilde-suretli-inkisafin-numunesi
Oxunma sayı: 642

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Yaponiya Parlamentinin, o cümlədən, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqası üzvləri, Yaponiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edib.

Səfir G.İsmayılzadə müstəqilliyin bərpa edildiyi son iyirmi il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də sosial, siyasi, iqtisadi sahədə mütərəqqi islahatların həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Eyni zamanda, səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazisinin 20%-nin işğalı, işğal nəticəsində bir milyondan çox əhalinin qaçqın və köçkün vəziyyətinə düşdüyü haqda məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, Ermənistanın beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əhəmiyyət verməməsini qeyd edib.

Daha sonra Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Masaki İkegami çıxış edərək, Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionun lider dövlət olduğunu vurğulayıb, bu göstəricilərə görə Ermənistan və Gürcüstanı xeyli qabaqladığını qeyd edib.

İclasda yekun olaraq Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasına Baş Katibi Akihiro Ohata çıxış etmiş, Azərbaycanın Yaponiya üçün regionda mühüm dövlət olduğunu bildirib.