Azərbaycan təşkilatları Fransaya etiraz etdi

azerbaycan-teskilatlari-fransaya-etiraz-etdi
Oxunma sayı: 635

Qafqazinfo”un AzərTAc-a istinadən verdiyi məlumata görə, Fransanın İsveçdəki səfirliyinə göndərilmiş etiraz məktubunu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin və Atatürkçü Düşüncə Mərkəzinin rəhbəri Mustafa Sönməz imzalayıb.

Məktub müəllifləri Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsini təsdiqləməsini qətiyyətlə pisləyib.

On iki QHT tərəfindən dəstəklənmiş bu etiraz məktubu ilə yanaşı Fransanın İsveçdəki səfirliyinə Kamran Gürün ingilis dilində olan “Erməni dosyesi” kitabı da təqdim edilib.