Azərbaycanda pensiya alanların 39 faizi kişi, 61 faizi qadındır

azerbaycanda-pensiya-alanlarin-39-faizi-kisi-61-faizi-qadindir
Oxunma sayı: 1202

Azərbaycanda 1 aprel 2011-ci il tarixinə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 39 faizi kişi, 61 faizi isə qadındır. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Nigar Məmmədli