Azərbaycanda televiziya jurnalistlərinə hücum – Video

azerbaycanda-televiziya-jurnalistlerine-hucum-video
Oxunma sayı: 667

“Qafqazinfo” xəbər verir ki, hücum jurnalistlər peşə vəzivəsini yerinə yetirərkən baş verib. Qubanın Nügədi yolunun kənarında tikilən böyük su anbarında fəhlə işləyən, Amsar kənd sakini 45 yaşlı Cavid Nuxçanovun ölümü ilə əlaqədar xəbər hazırlayan Azad Azərbaycan Televiziyasının müxbiri Elçin Tağıyev, Xəzər Televiziyasının müxbiri Emin Kərimov və Kanal3 İnternet TV-nin müxbiri Binəli Tosoyevə şirkət rəhbərliyi hücum çəkib. Onların çəkilişlərinə manə olan iş adamları kameralarını jurnalistlərin əllərindən alıblar.

Xatırladaq ki, bu şirkət Qubada Su-Kanal xətlərinin çəkilişi üzrə işlər aparır.

Hücumun videosunu təqdim edirk: