Azərbaycanlı aktrisa ərə gedir - İki toyu olacaq

azerbaycanli-aktrisa-ere-gedir
Oxunma sayı: 2801

Azərbaycanın tanınmış aktrisası Cəmilə Tağızadə ərə gedir.

“Qafqazinfo” xəbər verir ki, aktrisa gələn ay Türkiyə vətəndaşı olan Murad Temizlə ailə həyatı qurur. 

Cütlük bu ilin əvvəlində aktrisa Natavan Ələkbərovanın toyunda tanış olublar. 

Cəmilə və Murad daha sonra münasibətlərini rəsmiləşdirmək barədə qərara gəlib. 

Onların iki toyu olacaq. Birinci toy sentyabrın 7-də Bakıda, ikinci isə İstanbulda baş tutacaq.