ASİNF idmançıları Sloveniyada mübarizəni davam etdirir - Fotolar

asinf-idmancilari-sloveniyada-mubarizeni-davam-etdirir
Oxunma sayı: 309

ASİNF-ın idmançıları Sloveniyada keçirilən “Sailing Point Easter Regatta 2026” beynəlxalq yelkən yarışında mübarizəni davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyasının idmançılarının da mübarizə apardığı reqatanın 2-ci günü Portoroj akvatoriyasında əlverişli hava şəraiti və yüksək rəqabətlə yadda qalıb.

Sabit dəniz küləyi iştirakçılara 3 yarış keçirmək imkanı verib. Bununla da ümumi yarış sayı 6-ya çatıb və turnir cədvəlində liderlər qrupu formalaşmağa başlayıb.

“Sailing Point Easter Regatta 2026”nın 3-cü günündə də maraqlı və gərgin mübarizənin davam edəcəyi gözlənilir.