Azeronline yüksək sürətli internet təklif edir

azeronline-yuksek-suretli-internet-teklif-edir
Oxunma sayı: 1008

Azeronline şirkəti Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsinə başlayıb. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, artıq iyun ayında paytaxtdakı “Grand Park” şəhərciyinin yüksəksürətli internetə qoşulması üzrə kommersiya layihəsinin istismarına başlanılıb. Layihə çərçivəsində istehlakçılar FTTH (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar. Bu texnologiya sayəsində internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir. Nəticədə hətta 100 Mb/s sürətli internet üçün etibarlı qoşulma təmin edilir.

Azercellə aid olan Azeronline şirkəti hazırda GPON avadanlığının sınaq testlərini yekunlaşdırmaq üzrədir. Bu üsuldan istifadə olunması yüksək sürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.
FTTH layihəsinin qısa müddət ərzində tətbiqinə baxmayaraq, artıq bu xidmət istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Azeronline şirkəti də öz növbəsində yaşayış komplekslərinin və biznes mərkəzlərinin optik lifli şəbəkələrə qoşulmasını təminatına hazır olduğunu bəyan edib. Yüksək sürətli internet arzusunda olanlar məsələ ilə bağlı fasiləsiz işləyən 012 4904994 nömrəsinə günün istənilən saatında müraciət edə bilərlər.

Nigar Məmmədli