Keşişin məşuqəsi ilə görüntüləri Vatikanı qəzəbləndirdi

-kesisin-mesuqesi-ile-goruntuleri-vatikani-qezeblendirdi
Oxunma sayı: 671

Bu hadisənin əks olunduğu fotolar medianın əlinə keçəndən sonra Vatikan sinirlənib. Roma Katolik Kilsəsinin ali ierarxları bu eşqbaz keşişi cəzalandırmağı düşünürlər.

Milli.Az "Globo"ya istinadən bildirir ki, argentinalı keşiş Fernando Bariya Barqalyo çimərlikdə yarıçılpaq qadınla əyləncəsi ilə bağlı suallara cavab vermək istəmir.

59 yaşlı keşişin Meksikadakı Puerto-Valyarto kurortunda bu qadınla nə etməsi barədə rəsmi sorğuya isə o, bildirib ki, "həmin qadın yaxın və köhnə dostu" imiş, vəssəlam.

"O qadın dostumdur və barəmdə deyilən şayiələri qətiyyətlə rədd edirəm. Bütün bunlar böhtandır, çünki o qadın, sadəcə, dostumdur", - Barqalyo söyləyib.

Vatikan isə keşişin dediklərinə inanmayıb və araşdırmaya başlayıb.

Katolik kilsəsində keşişlərin qadınlarla təmasları və xüsusilə də yaxın münasibətlərdə olması qəti qadağandır. Katolik keşişlər kilsədə fəaliyyətə başlayanda "selibat", yəni "bakirlik" andı içirlər.

Buenos-Ayresdəki Merlo-Moreno yeparxiyasının bu arvadbaz keşişinin taleyinin necə olacağı isə hələ bəlli deyil.