Bakı sakinini tüfənglə hədələdi, tutuldu

baki-sakinini-tufengle-hedeledi-tutuldu
Oxunma sayı: 653

Bakı sakinini tüfənglə hədələyən şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.

Bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.

Araşdırma aparılır.