Bakıda 2-ci yanğın - Bu dəfə yaşayış binasında+Fotolar

bakida-2-ci-yangin
Oxunma sayı: 6318

Bakının Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli yaşayış binası yanır.

Binəqədi rayon Polis İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hazırda yanğın davam edir.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

***

Sakinlər evakuasiya edilib. İlkin məlumata görə, yanğın binanın liftində başlayıb. İçində adamlar olan lift yanaraq aşağı mərtəbəyə düşüb. Buna görə də binada böyük tüstülənmə olub.

Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

İnsan itkisi yoxdur.