Bakıda daha bir uçqun

bakida-daha-bir-ucqun
Oxunma sayı: 635

“Qafqazinfo”nun APA-a istinadən verdiyi məlumatına görə, E. Süleymanov küçəsində 10 və 12 mərtəbəli 57 və 59 saylı binaların qarşısındakı maili əraziyə tökülən əlavə torpağın çökməsi nəticəsində istinad divarları çat verib, divarların qarşısındakı asfalt qabarıb. Torpaq çökməsinə səbəb 59 saylı yeni tikilən binanın kanalizasiya xətlərinin partlaması və çirkab suların tökmə torpağın üzərinə axmasıdır.

Uzunluğu 100, hündürlüyü 8 metr olan istinad divarlarının uçma təhlükəsi yaranıb.