Bakıda ev yanır

bakida-ev-yanir
Oxunma sayı: 672

İkinci çağırışla hadisə yerinə 15-dən çox yanğınsöndürən maşın yollanıb. Hazırda yanğının söndürülməsi davam edir.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yaşayış evinin damı bütünlükdə yanıb. Yolların darısqal və binanın əlverişsiz yerdə olması yanğının söndürülməsində müəyyən çətinliklər yaradıb. Maşınların çoxu həmin yerə girə bilmir. Hazırda yanğının davam etdiyi bildirilir.

Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan barədə məlumat verilmir. Eləcə də hadisənin baş vermə səbəbləri hələlik bilinmir.