Bakıda İran vətəndaşı döyüldü

bakida-iran-vetendasi-doyuldu
Oxunma sayı: 1151

Bakıda İran vətəndaşı döyülüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Rayon ərazisində kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı Amin Daneşver Sinal oğlu polisə müraciət edərək naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.

Daxil olan məlumat əsasında Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.