Bakıda mitinq keçirildi

bakida-mitinq-kecirildi
Oxunma sayı: 7727

Bu gün bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ KomitəsiQarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi açıqlama yayıb.

Məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.