“Hökumənin adı fədakarlıq, ölümün üzünə dik baxmaq kəlmələri ilə bərabər çəkilir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli bu gün II Fəxri xiyabanda baş tutan anım mərasimi zamanı jurnalistlərə açıqlamasında bildirib.
“Müasir dövrdə hamı Avropadan geyim, dünyagörüşü öyrənir. Avropa da bizim qadınlardan qəhrəmanlığı, şücaəti öyrənə bilər. Hökümə uşaqlıqdan, tələbəlikdən səbirli, təmkinli insan olub. Onun fədakar olduğunu biz bilirdik. Özündən böyüklərə də, balacalara da qayğı ilə yanaşırdı. Uşaqlıqdan da həmişə deyirdi ki, dövlətimə xidmət edəcəyəm. Bu, çox ağır faciədir. 100 ildən bir baş verən bir hadisədir”, - deyə o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər