Azərbaycan daha bir sazişə qoşuldu

azerbaycan-daha-bir-sazise-qosuldu
Oxunma sayı: 430

Azərbaycan kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Sazişə qoşulub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.