“Bakı və İrəvan arasındakı dialoqda müsbət dinamika müşahidə olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə Cənubi Qafqazda cari vəziyyət və regional əməkdaşlıq formatları barədə danışarkən deyib.
O qeyd edib ki, Rusiya tərəfi region daxilində əlaqələrin bərpasını və nəqliyyat kommunikasiyalarının açılması prosesini alqışlayır:
“Xüsusilə Rusiya taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana tədarükünün davam etdirilməsi bu müsbət prosesin əhəmiyyətli göstəricisi kimi qiymətləndirilir. Bu irəliləyişlər nəqliyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığı nəzərdə tutan “3+3” formatının (Azərbaycan-Ermənistan-Gürcüstan + Rusiya-Türkiyəİran) aktuallığını bir daha təsdiqləyir”.
XİN rəsmisi həmçinin xatırladıb ki, 2024-cü ilin oktyabrında İstanbulda keçirilən nazirlər görüşündə əldə olunan razılığa əsasən, növbəti iki toplantı Ermənistan və Azərbaycanda təşkil olunmalıdır:
“Hələlik görüşlərin ardıcıllığı və yeri ilə bağlı tərəfdaşlardan dəqiq məlumat daxil olmasa da, Moskva bu məsələnin yaxın vaxtlarda həllini tapacağına ümid edir. Biz Gürcüstan tərəfinə də çağırış edərək, rəsmi Tbilisini bu platformada görmək istəyirik. Region ölkələrinin bir çox ortaq maraqları var və dialoq üçün kifayət qədər mövzu mövcuddur”.
Son xəbərlər
Son Xəbərlər