Bakıda tutulan “PKK”çıdan anası imtina etdi- - Video

bakida-tutulan-pkkcidan-anasi-imtina-etdi-
Oxunma sayı: 3384


Bakının Qaraçuxur məscidində yanğın törədən “PKK”nın Azərbaycandakı qeyri-rəsmi qanadı “Yekbun” təşkilatının üzvlərindən biri Namiq Nəsibovun anası oğlundan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, Nailə Nəsibova ans-ə müsahibəsində oğlunun məsciddə törətdiyi yanğın, Suriyanın Kobani şəhərində kürd silahlılarına qoşulmasından sonra bütün qohumlarının ondan üz döndərdiyini deyir:

“Biz dövlətdə bir millətik, bizim başqa dövlətimiz yoxdur. Azərbaycanda kürd cəmiyyəti nəyə lazımdır? Özümüzün öz cəmiyyətimiz, Azərbaycanımız, millətimiz var. Biz bir millətik. Namiq getdi və bütün nəsil ondan imtina etdi. Çünki bu yaxşı bir məsələ deyildi. Eyni zamanda da atasına layiq deyildi, dövlətə qarşı çıxırdı”.