Bakının mərkəzində dəhşətli tıxac yarandı

bakinin-merkezinde-dehsetli-tixac-yarandi
Oxunma sayı: 2860


Bakıda hazırda böyük tıxac var. “Qafqazinfo” xəbər verir ki, iyunun 26-da Silahlı Qüvvələrin 95 illik yubileyi ilə bağlı olaraq paradın keçiriləcəyi Azadlıq Meydanı istiqamətində hərəkət səhər saatlarından dayandırılıb. 

Belə ki, həmin istiqamətdə bütün yollar bağlanıb. 

Hazırda Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti dayanıb. Bu isə böyük tıxaca səbəb olub.

Qeyd edək ki, paradla əlaqədar bu gün Bakıda Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub və istiqamət dəyişdirilib.