Azərbaycan gözəlləri - Fotosessiya

azerbaycan-gozelleri-fotosessiya
Oxunma sayı: 3426

“Qafqazinfo”nun məlumatına görə, müsabiqə boyunca əsas namizədlər sırasından 4 xanım iştirakçı müsabiqəni tərk edib. Onlardan ilk olaraq Elnarə adlı iştirakçı kobud davranışına görə təşkilatçılar tərəfindən seçim gününün ertəsi günü müsabiqədən uzaqlaşdırılıb. Digər üç iştirakçı Valeriya, Turanə və Rüfanə adlı iştirakçılar isə üzrlü səbəbdən öz istəkləri ilə müsabiqədə iştirak etməkdən imtina ediblər. Onları isə müsabiqəyə ehtiyat üçün seçilmiş Brilliant, Aydan, Jalə və Anara adlı xanım iştirakçılar əvəz ediblər. Sabah gerçəkləşəcək müsabiqədə 20 xanım iştirakçı Azərbaycanın mədəniyyətlər gözəli titulu və qalib üçün təyin olunmuş 18 min AZN dəyərində olan tac uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, müsabiqə Azərbaycan finalı AF Hotel Novxanı Aqua Parkında baş tutacaq.

Aynur Babayeva