“Azərbaycan nəzarətdən çıxa bilər” - Ermənistan təşvişdə

azerbaycan-nezaretden-cixa-biler-ermenistan-tesvisde
Oxunma sayı: 641

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın xarici əlaqələr üzrə daimi parlament komissiyasının sədri, hakim partiyanın üzvü Artak Zakaryan keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın təhdidləri ancaq şifahi olacaq, lakin praktikada heç nə tətbiq olunmayacaq:

“Düşünmürəm ki, rəsmi Bakı o qədər uzağı görməyəndir ki, Mülki Aviasiya üzrə Beynəlxalq Təşkilatın üzvü mülki aviasiyaya görə hərəkətə keçsin”.

Zakaryan onu da bildirib ki, beynəlxalq ictimaiyyət üçün mülki aviasiya ilə bağlı militarist bəyanatlar qəbul olunmazdır: “Əgər Bakı praktik addımlara keçəcəksə, Azərbaycana qarşı sanksiyalar tətbiq olunacaq”.

Bundan başqa, Zakaryan Türkiyə və Suriya arasındakı gərginliyin Azərbaycanın aktivləşməsinə kömək edəcəyini də vurğulayıb. Onun fikrincə, Türkiyənin son addımları fonunda Azərbaycan qeyri-adekvatlıq nümayiş etdirir: “Türkiyənin aktivliyini və dəstəyini görən Azərbaycan nəzarətdən çıxa bilər”.