Azərbaycan qızılının əyarı - Fotolar, Video

azerbaycan-qizilinin-eyari-fotolar-video
Oxunma sayı: 672

Azərbaycan Olimpiadada növbəti rekordunu vurub. Belə ki, idmançılarımız bir gecədə iki qızıl qazanmaqla 12 il əvvəl Sidney olimpiadasındakı rekordu yeniləyiblər. Sidneydə 2 qızıl və 1 bürünc medala sahib olan Azərbaycan, bu gün başa çatan London olimpiadasından hələ ki, 2-si qızıl olmaqla 9 medal qazanıb.

“Qafqazinfo” Azərbaycan idman tarixində yeni səhifə açan qələbənin memarları Toğrul Əsgərov və Şərif Şərifov haqqında qısa məlumatı oxuculara təqdim edir.

Toğrul Əsgərov 1992-ci ilin sentyabrın 17-də Gəncə şəhərində anadan olub. İdmançımızın ilk ciddi uğuru 2008-ci ilə baş verib və o, yeniyetmələr arasında Avropa çempionu olub. Əsgərov eyni uğuru bir il sonra da təkrarlayaraq yenidən Avropa çempionu olub.
2010-cu ildə idmançımız yenidən yeniyetmələr arasında Avropa çempionu olub. Toğrul eyni zamanda həmin il Moskvada keçirilən dünya çempionatında üçüncü yeri tutub.

Toğrul Əsgərovun idman həyatına dünəndən etibarən isə ən böyük titul Olimpiya çempionu adı qeyd olunacaq.

İkinci qızıl medalçımız Şərif Şərifov milliyyətcə ləzgidir. O, 1988-ci ilin noyabrın 11-də Mahaçqala şəhərində anadan olub. Şərifovun beynəlxaq arenada ilk ciddi uğuru 2009-cu ildə olub. O, dünya çempionatında bürünc mükfatçısı olub, 2011-ci ildə isə dünya çempionu olub.

Əsgərovla bərabər Şərifovun da idmançı karyerasında ən yüksək uğuru London olimpiadasında qazandığı qızıl medaldır.