Azərbaycan Yazıçılar Birliyinin üzvü həbsdən qaçdı

azerbaycan-yazicilar-birliyinin-uzvu-hebsden-qacdi
Oxunma sayı: 659

“Qafqazinfo”nun Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə məşhur bolqqer Rüstəm Adaqamov Tvitterdə yazıb: “Ha-ha, Bağırov zəng etmişdi, o Moskvadadır. Onu sərhəddən keçiriblər və o, indi təhlükəsizlikdədir. Moldova sərhədçilərinə eşq olsun! :) “. Bloqqer qaçışın necə baş verməsini dəqiq qeyd etməsə də onun dostlarını köməyi ilə Rusiyaya gətirildiyi bildirilir.

Yazıçının azadlığa çıxması ilə bağlı xəbəri İctimai Palatanın Tribunası da təsdiqləyib. Tribuna Bağırovun həmkarı, “Litprom” portalının redaktoru Yevgeni Morızevə istinadən xəbər verib ki, Eduardın təyyarəsi Domodedovaya enib və yazıçı özünü gümrah hiss edir, bütün ömrünü Rusiyada keçirməyi düşünür.

Moldova Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Mariya Vieru “Komsomolskaya Pravda”ya bildirib ki, Bağırov ev dustlağında saxlandığı yerdən yoxa çıxıb. Bu səbəbdən də Bağırov tapılan kimi yenidən həbsə alınacaq.

Qeyd edək ki, yazıçının qaçması xəbəri iki gün əvvəl məlum olub. Bağırovun Ukraynada sərnişin təyyarəsinə minərək Moskvaya gəldiyi ehtimal edilir.