Azərbaycanda bir qəzada beş nəfər öldü

azerbaycanda-bir-qezada-bes-nefer-oldu
Oxunma sayı: 711

Tovuz rayon Alakol kənd sakini, 1985-ci il təvəllüdlü İsayev Səyyaf Mənsur oğlu Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, S.İsayev həkim nəzarətinə götürüləndən təqribən 1 saat sonra dünyasını dəyişib.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, qəza nəticəsində yaralanan iki nəfər və ölmüş bir nəfər isə Yevlax MRX-ya çatdırılıb. Yaralılar Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Əliyev Kəmaləddin Nəsirulla oğlu və onun oğlu Nəsirli Elmir Kəmaləddin oğludur.

Yevlax Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə gətirilən meyitin üzərində isə hər hansı sənəd olmadığından onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin Təhqiqat və İstintaq şöbəsində cinayət işi başlanıb.