Bağırsqalarını yerə tökdü

bagirsqalarini-yere-tokdu
Oxunma sayı: 700

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Suraxanı qəsəbə sakini 35 yaşlı Sahib Babayev mübahisə üstündə bir məhəllədə böyüdüyü 26 yaşlı Vüsal Həsənovu ölümcül vəziyyətdə bıçaqlayıb.

O, bıçağı Vüsal Həsənovun qarın boşluğuna soxaraq sinəsinə qədər dartıb. Nəticədə onun bağırsaqları bayıra tökülüb. Hazırda V.Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, S.Babayev isə tutulub.

Onun da əlavə edək ki, bu hadisə Sahib Babayevin tökdüyü ilk qan deyil. O, əvvəllər adam qətlə yetirməkdə təqsirli bilinərək uzun müddət məhkumluq həyatı yaşayıb.