Bayram Səfərovun dünyaya mesajı

bayram-seferovun-dunyaya-mesaji
Oxunma sayı: 646

“Dağlıq Qarabağ ərazisi Azərbaycan məxsusdur. Ölkəmizin ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır”. Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, hec bir dövlət Dağlıq Qarabağı «müstəqil dövlət» kimi tanıya bilməz. Onun sözlərinə görə, Azərbaycanda çoxlu azsaylı xalqlar yaşayır ki, bunlardan biridə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdir. «Ermənilərin heç vaxt vətəni olmayıb. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər özləri yaşayış yerini secməlidir. Bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib, bu ölkənin şəxsiyyət vəsiqəsi ilə sözü gedən ərazilərdə ölkənin qanunlarına tabe olmaqla yaşaya bilərlər»- deyə B.Səfərov vurğulayıb.