Berenle Kenan artıq 20 gündür...

berenle-kenan-artiq-20-gundur
Oxunma sayı: 647

Türkiyənin sevilən ulduzları Beren Saatla, Kenan Doğulu arasında sevgi münasibətlərinin yaranması barədə xəbərlər özünü doğruldub. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, yayılan sevgi xəbərlərindən sonra bu gün “Her şey tadında” verilişinə telefonla bağlanan Kenan Doğulunun meneceri mövzuya aydınlıq gətirib. Menecerin sözlərinə görə, bütün deyilənlər doğrudur: “Kenan ve Beren arasında yeni münasibət başlayıb. Artıq 20 gündür birlikdədilər. Hər şey çox yeni və yolundadır”.

Qeyd edək ki, Beren Saat iki il birlikdə olduğu rejissor levent Semerçiden ötən il ayrılıb. Sonuncu dəfə isə fransız fotoqraf Cesar ilə isti münasibətdə olub.

Nigar