“Bu alçaq və utanmaz bir addımdır” – Fotosessiya

bu-alcaq-ve-utanmaz-bir-addimdir-fotosessiya
Oxunma sayı: 655

O, ötən ay körpəsinin görüntüləndiyi fotoların həyat yoldaşı Nikola Sarkozinin yenidən seçilməsi ilə əlaqəli olduğuna çox qəzəblənib. “Qafqazinfo”nun məlumatına görə, birinci xanım körpənin hava alması üçün üzünü qaldırdığını və bu məqamda fotoqrafların şəkilləri çəkdiyini bildirib: “Qızımdan seçki kampaniyasında istifadə etmək məni tanımayanlarla bağlıdır, alçaq və utanmaz bir addımdır”.

Eks-model o gün xəstəxanadan çıxdıqlarını və havanın çox isti olduğunu qeyd edərək bu səbəbdən uşağın üzünü açdığını söyləyib: “Anidən çəkilən şəkilləri hiss etdik. Hətta mən yayımlamayın dedim, amma heç kimsə qulaq asmadı. Paparassilərə qarşı heç bir şey edə bilmərəm”.

Bruni həmçinin modellikdən müğənniliyə keçid etməsini, daha sonra Nikola Sarkozi ilə tanış olduğunu və bunun bütün həyatını dəyişdirdiyini bildirib: “Prezident xanımı olmaq, təbii ki, insanı bəzi dəyişikliklərə məcbur edir”