“Bu, etimadın itirilməsi deməkdir”

bu-etimadin-itirilmesi-demekdir
Oxunma sayı: 634

Bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər Fransanın antiTürkiyə qərarına münasibət bildirərkən deyib. O bildirib ki, digər tərəfdən bu Fransa ilə Türkiyə və Azərbaycan arasında etimadın itirilməsi deməkdir: “Müsavat Partiyası olaraq biz hesab edirik ki, Azərbaycan iqtidarı bu məsələyə indiyədək laqeyd yanaşdığını etiraf etməli, heç olmasa indi təcili olaraq siyasi mövqeyini ortaya qoymalıdır. İlk növbədə Fransanın Minsk qrupu həmsədrliyinin ləğvi istiqamətində hüquqi addımlar atılmalı və dərhal Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Şurasının toplantısı çağrılmalı, birgə qərarlar alınmalıdır. Mən İctimai Palatanın bu məsələ ilə bağlı təcili iclasının keçirilməsini təklif edəcəyəm. Azərbaycan müxalifətinin aparıcı qüvvələri olan Müsavat Partiyası, digər partiyalar və İP bu məsələyə dair bəyan etdiyi prinsipial mövqeni daha qətiyyətlə davam etdirəcək”.