Dinin simasındakı çatlar

<b>Dinin simasındakı çatlar</b>
Oxunma sayı: 384





Dindar idi. Mənim kimi qatı ateistlə mübahisəsi olardı. Deyərdi ki, televiziyada göstərilən erotik filmlərə, açıq-saçıq səhnələrə, axmaq verilişlərə baxmaq günahdır. Mən də deyərdim ki, heç bir din XXI əsrin tələblərinə cavab vermir.

Deyərdi ki, ateizmə nifrət edirəm. Deyərdi ki, səmimiyəm. Deyərdi ki, islam dininə inanıram. Deyərdi ki, monoteistəm. Çox şey deyərdi. Ancaq günlərin birində bu dediklərinin fıs çıxacağına əmin idim. Əmin idim ki, özü öz əməlləri ilə bir gün özünü rüsvay edəcək.

Son günlər bu barədə çox mübahisə edərdik. Son dəfə baş verən mübahisəmiz isə “yaratmaq” sözü üstündə düşdü. Çox sadə səbəbdən. Mən “yaratmaq” sözünü insana da şamil etmişdim. Söhbət əsnasında demişdim.

Deyərdi ki, yeganə yaradan Allahdır. Allahdan başqa yaradan yoxdur. Deyərdim ki, fəlsəfə ilə din bir-birinə ziddir. Deyərdi ki, zidd deyil. Deyərdim ki, ziddir.

Deyərdi ki, azad düşüncə ilə din bir-birini təkzib etmir. Deyərdim ki, bir dindarın azad düşünməsi mümkün deyil. Deyərdi ki, mümkündür. Deyərdim ki, dindar olmadan mümkündür.

Bir gün İctimai Televiziyada intellektual verilişlərdən biri gedirdi. Baxdım gördüm iştirak edənlərdən biri də odur.

Ünvanlanan sual belə idi: “Filosoflardan biri demişdir: Sənədli filmin rejissoru allahdır. Bəs bədii filmin allahı kimdir?”. Bir az düşünüb cavab verdi: “Bədii filmin allahı - rejissordur!”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi