Belçikada binada partlayış - Yaralananlar var + Foto

belcikada-binada-partlayis
Oxunma sayı: 802

Belçikada yaşayış binasında partlayış baş erib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli RTBF radiosu məlumat yayıb.

Məlumata əsasən, insident Antverpen şəhərində qeydə alınıb. Qaz sızması nəticəsində binada partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Binalarda biri tamamilə dağılıb, daha ikisi isə ciddi zərər görüb.

Dağıntılar altında insanları qala biləcəyi istisna edilmir.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Küçədə hərəkət məhdudlaşdırılıb.