Əli və Nino üçün porno heykəl xəbəri yalan çıxdı - Video

eli-ve-nino-ucun-porno-heykel-xeberi-yalan-cixdi-video
Oxunma sayı: 2373

Həmin xəbərə əlavə olunan heykəl fotosunun isə Əli və Ninoya həsr olunduğu iddia edilirdi. Fotoda isə qeyri-ənənəvi cinsi əlaqə pozasında hazırlanan heykəl əks olunurdu. “Qafqazinfo” da xəbərin maraqlı olduğunu nəzərə alaraq və kulis.az-a istinad edərək bu xəbəri saytda yerləşdirdi. Sonradan isə məlum olub ki, əslində təqdim olunan xəbər həqiqətəuyğun deyil.

ANN,AZ saytı yazıb ki, Gürcüstanın Batumi şəhərinin rəhbərliyi şəhərdə Qurban Səidin “Əli və Nino” romanına guya erotik məzmunlu abidənin ucaldılmasının planlaşdırılması barədə informasiyanı rədd edib. “Novosti-Qruziya” xəbər verir ki, müxalif Leyborist partiyasının yerli bölməsinin nümayəndəsi David Robakidze belə şayiələr yayıb. David Robakidze bildirmişdi ki, şəhərdə kişi və qadının intim yaxınlığını təsvir edən heykəl peyda olacaq. Sosial şəbəkələrdə artıq heykəlin fotoşəkili də dərc olunub. D.Robakidze iddia edir ki, heykəli “Əli və Nino” heykəltəraşlıq kompozisiyası yaxınlığında (bu kompozisiya bir-birinə qarşı gedən, birləşən, sonra isə ayrılan kişi və qadın fiqurlarıdır) yerləşdirmək planlaşdırılır.

Robakidze öz iddiasını “kuluarlardakı mənbələrlə” əsaslandırmağa çalışmışdı. Heykəlin ucaldılmasını o, guya Gürcüstanın “kişi və qadınların seksual hüquqlarının bərabərliyi haqqında konvensiyaya” qoşulması ilə izah edib. Leyborist parlamentin yeni il öncəsi bu barədə müvafiq qərar qəbul etdiyini bəyan edib.

Öz növbəsində agentlik dəqiqləşdirir ki, dekabrın sonunda deputatlar yalnız “Qadınlar, sülh və təhlükəsizlik haqqında” (BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi çərçivəsində) qərar qəbul ediblər.

Lakin bir sıra KİV və müstəqil bloqerlərin məlumatına görə, bu abidə Qurban Səidin “Əli və Nino” romanının qəhrəmanlarına həsr olunmalıdır. Agentlik qeyd edir ki, meriyadan yaxın gələcəkdə belə heykəltəraşlıq abidəsinin ucaldılmasının planlaşdırılmadığını bildiriblər.

“İlk dəfədir belə şey eşidirəm… Batumidə belə bir şey planlaşdırılsaydı, biz bu barədə bilməliydik” – deyə, Batumi meriyasının mətbuat xidmətinin rəhbəri İrina Şervaşidze bildirib.
Əli Və Ninoya hazırlanan heykəlin maketinin videosunu təqdim edirik:

alinino.flv