Bella sevgilisinin ondan ayrıldığını mesajla öyrəndi

bella-sevgilisinin-ondan-ayrildigini-mesajla-oyrendi
Oxunma sayı: 5430

Məşhur model Bella Hadidlə musiqiçi Dreykin 2 ay davam edən sevgi münasibətləri bitib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ayrılmaq qərarını 31 yaşlı aktyor verib. Belə ki, o, 21 yaşlı sevgilisinə mesaj yazaraq əlaqələrinə son qoymaq qərarına gəldiyini bildirib.

İddiaya görə, Dreyk Hadiddən onu eks-sevgilisi The Weeknd-ə qısqandığına görə ayrılıb.

Qeyd olunur ki, The Weeknd bir neçə gün öncə jurnalistlər tərəfindən Bellanın evinin yaxınlığında görüntülənib. Bu isə cütlük arasında davaya səbəb olub.