Beyonsun əkizləri olub

beyonsun-ekizleri-olub
Oxunma sayı: 847

Amerikalı pop ulduz Beyons və reper Cey Zi ikinci dəfə valideyn olublar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ifaçının dostları məlumat yayıblar.

Doğuş Los-Ancelesdəki xəstəxanalardan birində gerçəkləşib. İddialara görə, Beyons və əri xəstəxananın 4-cü mərtəbəsini bütünlüklə kirayələyiblər. Bunun üçün onlar 1,3 milyon dollarlarından keçməli olublar. Bundan başqa, xəstəxananın mühafizə sistemi gücləndirilib.

Beyonsun bir oğlan və bir qız dünyaya gətirdiyini qeyd bildirilir.

Qeyd edək ki, cütlüyün Blu Ayvi adlı 5 yaşlı qızı var.