Həbs növbəsi Büyükanıtda

hebs-novbesi-buyukanitda
Oxunma sayı: 641

Bu gün İlker Başbuğdan əvvəlki TSK başçısı Yaşar Büyükanıtında sorğuya çağrılacağı açıqlanıb. Belə ki, Ergenekon soruşturmasında hakimiyyətə qarşı təbliğat aparan internet saytlarının açılmasına konkret olaraq hansı TSK rəhbəri tərəfindən göstəriş verilməsi müəyyən edilməlidir. Çünki İlker Başbuğ öz ifadəsində saytların ondan əvvəl açıldığı, o isə sadəcə onların bağlanmasına əmr verdiyini bildirib.

Xatırladaq ki, Ergenekon adı ilə aparılan istintaq artıq illərdir davam edir. İstintaq işi hazırkı AKP hakimiyyətinə qarşı çevriliş hazırlayanlarla bağlı açılıb. Bu istintaq nəticəsində onlarla general, yüksək rütbəli hərbçi, millət vəkili həbs olunub. Amma istintaq işi gündən günə böyüyür və tez bir zamanda bitəcək işə bənzəmir.