Hərbçilərin evi niyə söküldü? – Rəsmi cavab

herbcilerin-evi-niye-sokuldu-resmi-cavab
Oxunma sayı: 678

İcra Hakimiyyətinin İsrafil Kərimovun “Qafqazinfo”ya verdiyi məlumata görə, əslində həmin ailələr həm mənzil, həm də 10 min manat məbləğində pulla təmin olunublar. Lakin onlar bununla razılaşmırlar: “Dövlət başçısının məlum tapşırıqlarına əsasən məlumdur ki, Dövlət Bayrağı Meydanı ətrafının genişləndirilməsi, həmin istiqamətdə Bakı şəhərinə çəkilən Bakı-Ələt magistral avtomobil yolun kənarlarının abadlaşdırılması və infrasturukturun yaradılması ilə bağlı xeyli müddətdir ki işlər gedir. Bakı bulvarı genişləndirilib Bayraq meydanına kimi uzadılır. Bununla əlaqədar meydanın ərazisinə yaxın yaşayış və qeyri-yaşayış binaları və obyektlərinin köçürülməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının qərarı var. Həmin oradakı yaşayış evlərinin A. Quliyev 5, 7 ünvanlarında olan binaların sonuncusu sökülür. Koçürülmə ilə bağlı həmin mənzillərdə yaşayan hərbiçi və digər vətəndaşlara həmin mənzillərin müqabilində müvafiq qaydada 1 kv/metrinə 1500 manat olmaqla kompensasiya almaq və yaxud Bakının müxtəlif yerlərində inşa olunan hündürmərtəbəli binalarda mənzillər təklif olunub. Alqı-satqı və müvafiq ərizələrlə müraciət ediblər, artıq bir çox ailə köçürülüb. Dünən baş verən hadisə də A. Quliyev 4 ünvanında yaşandı. Həmin ünvan da hərbi dəniz qüvvələri hərbi hissəsinə məxsusdur. Həmin hərbi hissə artıq Bakının Qaradağ rayonu ərazisinə köçürülüb. O ərazidə olan torpaq sahəsi də Müdafiə Nazirliyinin balansından çıxarılıb. Orada üç ailə yaşayır ki, onlardan ikisi hərbiçi, biri isə məcburi köçkün ailəsidir. Bu ailə bir neçə gün əvvəl Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə yeni inşa olunmuş binalardan birinə köçürüldü. Dünən iki hərbiçi ailəsinin köçürülməsilə bağlı problem yaşandı. Bununla bağlı bildirmək istəyirik ki, əvvəl köçürülən ailələrin mülkiyyət sənədləri müvafiq qaydada dövlət sənədləri idi. Lakin sonun iki ailənin hərbi hissənin həyətində keçmişdə fəaliyyət göstərən çamaşırxananın içərisində yaşayırdılar. O vaxt imkanları olmayıb, hərbi hissədə bu ailələrə şərait yaradılıb ki, həmin çamaşırxanada yaşasınlar. O hərbi hissənin köçürülməsilə bağlı məsələ qaldırılanda da həmin iki hərbiçi ailəsi digər vətəndaşlara şamil olunan güzəştlərin onlara da şamil olunmasını istəyirlər. Ya ev verilsin, ya da kompensasiya ödənilsin. Onlarla bağlı da qərar var ki, həmin Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti üçün onlar üçün Buta qəsəbəsində mənzillər inşa olunur. Hər iki ailə də həmin inşa olunan binada mənzillə təmin olunurlar. O binanın tam istifadəyə verilməsinə hələ müddət qaldığından, həmin vaxta kimi bu iki ailənin özlərinə müvəqqəti yaşayış yeri tapmaları və yaşayışları üçün 10 min manat məbləğində vəsait ayırılıb”.

Nigar Məmmədli