İctimai Palata mətbuatın durumunu müzakirə edəcək

ictimai-palata-metbuatin-durumunu-muzakire-edecek
Oxunma sayı: 659

“Qafqazinfo”un məlumatına görə, Müsavat Partiyasının qərargahında baş tutacaq tədbirdə mətbuatın hazırkı durumu, azad sözə olan basqılar dinləmələrin mövzusu olacaq. Tədbirdə “Turan” İnformasya Agentliyini direktoru Mehman Əliyev məruzə ilə çıxış edəcək.
Müzakirələr noyabrın 2-də saat 14.00 baş tutacaq. Tədbirə Redaktorlar Birliyinin üzvləri ilə QHT təmsilçiləri dəvət olunublar.