İnternetdən aldığı bilərzikdən zəhərləndi

internetden-aldigi-bilerzikden-zeherlendi
Oxunma sayı: 660

“Qafqazinfo”nun “Hürriyet” qəzetinə istinadən xəbərinə görə, İngiltərədə 40 yaşında olan Jo Vollacott adlı qadının son günlərdə yaşadığı sıxıntılarının səbəbinin bilərziyindəki zəhərli maddə olduğu ortaya çıxıb.

İki uşaq anası olan qadının oğlu bir gün məktəbdən evə zəhərli maddələrlə bağlı yazı gətirib. Yazını təsadüfən araşdıran qadın internetdın aldığı bilərzikdə zəhərli maddə ola biləcəyini düşünüb.
Bilərziyi yoxlayan mütəxəssislər içində terrorçuların istifadə etdikləri və qadağan olunmuş maddəyə rast gəliblər. Mütəxəssislər bilərzikdə olan zəhərn 3 milliqramı udularkən öldürücü təsirinin olduğunu bildiriblər.