Bir gecədə mülkləri yandı

bir-gecede-mulkleri-yandi
Oxunma sayı: 661

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavan hissəsinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağcabədi şəhərində vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 75 kv.m olan kömür satışı mağazasının dam örtüyünün yanar konstruksiyaları 0,5 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğına məişət qazının sızması səbəb olub.

Zaqatala rayonu, Car kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.