Fransalı nazir maşınla velosipedçini vurdu

fransali-nazir-masinla-velosipedcini-vurdu
Oxunma sayı: 1302

Fransanın iqtisadiyyat naziri Brüno Le Mer avtomobili ilə velosipedçini vurub.

“Qafqazinfo” “Figaro” nəşrinə istinadən xəbər verir ki, hadisə cümə günü axşam baş verib.

Qəzetin yazdığına görə, velosipedçi qırmızı işıqda keçib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Polis naziri alkoqol və narkotik müayinələrindən keçməyə məcbur edib. Analizlər mənfi nəticələnib.