Bir milyon nəqliyyat vasitəsi qeydə alınıb

bir-milyon-neqliyyat-vasitesi-qeyde-alinib
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdityi xəbərə görə, göstəricilər sıxlıq daha çox müşahidə edilən paytaxtın küçə və prospektlərini əhatə edib. Belə ki, H. Əliyev prospektinin kənar yolunun şərq istiqamətində 1360986, qərb istiqamətində 1198347, əsas yolun şərq istiqamətində 1136555, qərb istiqamətində isə 1060908 nəqliyyat vasitəsi qeydə alınıb. Neftçilər prospektinin şərq istiqamətində 1725435, R. Behbudov küçəsində isə 1065832 nəqliyyat vasitəsi qeydə alınıb.

Bundan başqa A. A. Bakıxanov küçəsinin şərq istiqamətində 1327050, qərb istiqamətində 1686814, Babək prospektinin şərq istiqamətində 1046133, qərb istiqamətində 1110336, 28 May küçəsində isə 493051 nəqliyyat vasitəsi qeydə alınıb.