Birinci xanım kimi ilk işi bu oldu

birinci-xanim-kimi-ilk-isi-bu-oldu
Oxunma sayı: 4369

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya mayın 20-də həyat yoldaşı and içdikdən və vəzifəsini icra etməyə başladıqdan sonra ilk iş olaraq instaqramda özünə rəsmi hesab (olenazelenska_official) açıb.

“Qafqazinfo”nun xəbərinə görə, birinci xanımı artıq 360 min insan izləyir.

O, inaqurasiya mərasimində tək və Zelenski ilə birlikdə çəkilmiş 9 fotosunu hesabında yerləşdirib.

Zelenskaya sosial şəbəkədə sadəcə 4 hesabı izləyir ki, bunların biri ərinin, digər ikisi həyat yoldaşına məxsus “Kvartal 95” şirkətinin, biri isə “Zelenskinin komandası” hesabıdır.

Yelena Zelenskaya “story” bölməsində isə video paylaşıb.