Jurnalistin dişini qırıb, qarət etdilər

jurnalistin-disini-qirib-qaret-etdiler
Oxunma sayı: 667

O, rəfiqəsi ilə birlikdə döyülüb və soyulub. Hadisə aprelin 5-nə keçən gecə baş verib.

Milaşina Facebook səhifəsində yazıb ki, rəfiqəsi ilə işdən evə qayıdarkən naməlum şəxslərin «qəzəbli» hücumuna məruz qalıblar.
Milaşinanın sözlərinə görə, onu başı və sifətindən vurub, yumruqlayıblar, dişlərini sındırıblar. Hadisə yerinə sonradan gəlmiş polisdənsə heç bir kömək olmayıb.

Milaşina «Human Rights Watch» tərəfindən Rusiyada insan hüquq pozuntularını işıqlandıran jurnalist olaraq mükafatlandırılıb.
O, Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın rəfiqəsi və Çeçenistan hüquq müdafiəçisi Natalya Estemirovanı görən sonuncu şəxslərdən idi ("Azadlıq" radiosu).