Kənddəki qadınlar

kenddeki-qadinlar
Oxunma sayı: 655

Əvvəllər təkərləri çıqqıldaya-çıqqıldaya gəlib keçən arabaları indi maşınlar əvəz edib.

Bu kənddə mən uşaq olan vaxtdan hər şey dəyişib, yalnız insanlar eyni qalıb. Yenə oxumaq, təhsil almaq yerinə kəndçilərimiz evlənməyi, nəsil artırmağı üstün tuturlar. Məktəbi qurtaran qızın artıq universitetə girmək kimi məqsədi yoxdu.

İndi kənd qızları evlənib uşaq sahibi olmağı hər şeydən irəli görürlər. Evlənmək onlar üçün xoşbəxtlik, həyatın ən gözəl anı sayılır. Hələ də safdılar, təmizdilər. Oysa bilmirlər ki, evlənmək xoşbəxtlik deyil, xoşbəxtlik andır, bir gün hər şey keçmişə dönəcək, bir gün hamı acı çəkəcək.

Burda nə qədər belə boşanan, ərinin əlindən bezib uşaqlarını yanına alıb qaçanlar gördük, yenə də görürük. Bu anlaşmazlıqların çoxu maddi duruma görə yaranır. Kəndin kişiləri öz arvadlarını itirməmək üçün Rusiyaya, Türkiyəyə işləməyə gedirlər. Bəzən maddi durum da sırada çıxır. Özgə ölkəyə gedən kişilər bəlkə də ailəsinin heç vaxt görmədiyi pulla gəlir, ancaq dalınca da xeyli xəbərlər çıxır: təzə arvad alıb, əlavə uşaqları peyda olub. İşin ən acınacaqlı tərəfi var: bunu bilən qadınlar uşaqlarına baxa bilmədiklərinə, elin içində biabır olacaqlarına görə çarəsiz ərinin yanında oturmağa razı olur. Kənddəki qadınlar hər şeyi taleyin boynuna atmağı, bu cür yaşamağı seçirlər. Onlar üçün başqa seçim şansı yoxdur.

Düzdü, bu cür olaylara “dur” deyən, çıxıb gedənlər də olur. Ancaq bizim kənddə boşanan qadına pis baxırlar, onu nəslin adını batırmaqla günahlandırırlar. Burdakı qadınların hüququ olmur, onun olan-qalan zənginliyi uşaqlarıdı.

Ona xəyanət edilsə də, üzünə olan-olmaz söyüşlər söylənsə də, təhqir olunub döyülsə dədözməlidir, başqa çarəsi yoxdur.
Nəyə görə? Cava hazırdır: uşaqları var, onlara baxmalıdır.

Qadının bizim kənddə müdafiə olunacaq heç bir şeyi yoxdur, çünki onun itirəcək şeyləri var. Hələ də özlərini qorumağa cəsarətləri olmadığından başlarına gələcək hər bir şeyə razı olan qadınlar yalnız bizim kənddədir.